19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Ermənilər 16-cı dəfə superkubok oyunu keçirəcəklər

Azərbaycan futbolunda 18 ildir keçirilməyən Superkubok matçı Ermənistanda 16-cı dəfə baş tutacaq. Lent.az-ın məlumatına görə, düşmən ölkədə növbəti belə qarşılaşma sentyabrın 24-də son çempion “Şirak”la ölkə kubokunun sahibi “Pünik” arasında oynanılacaq.
 
İrəvandakı Vazgen Sarqsyan adına Respublika stadionunda çempion “Şirak”la ölkə kubokunun sahibi “Pünik” üz-üzə gələcək. Əvvəllər “Pünik” 7, “Şirak” 3 dəfə Superkuboka sahib olub. Bundan başqa “Mika” 2, “Kilikiya”, “Spartak”, “Ararat” və “Banants” hərəyə 1 dəfə bu kuboka yiyələnib. Yalnız 2 dəfə - 2000 və 2001-ci illərdə bu oyun keçirilməyib.
 
Qeyd edək ki, Azərbaycan Superkuboku cəmi 3 dəfə “Səhər” qəzetinin təşkilatçılığı ilə keçirilib. Bu mükafata 1993 və 1995-ci illərdə “Neftçi”, 1994-cü ildə “Qarabağ” sahib olub. Sonradan Superkubok matçı baş tutmayıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev 2009-cu ildən belə bir görüşün bərpa edilə biləcəyinə dair dəfələrlə açıqlama verib. Lakin hələ də bu istək həyata keçməyib. Ötən mövsümün çempionu “Neftçi” ilə ölkə kubokunun finalçısı “Xəzər Lənkəran” arasında keçirilməli olan oyunun Türkiyədə təşkilinin mümkünlüyünə dair fikirlər də səsləndirilib. AFFA İcraiyyə Komitəsinin martın 15-də keçirdiyi iclasında Superkubokun qalibinə 100 min, məğlub komandaya isə 50 min manat mükafat təsis etməsi də köməyə gəlməyib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30