23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ”də itki: ən azı 6 ay oynamayacaq

“Qəbələ”nin zədəli futbolçularının durumuna aydınlıq gəlib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan Premyer Liqasının IV turunun “Səbail”lə ev qarşılaşmasında (5:0) zədələndiyi üçün əvəzlənən Yaovi Akakpo müayinədən keçib. Toqolu yarımmüdafiəçinin zədəsinin ağır olduğu aşkarlanıb. Ön çarpaz bağları qırılan futbolçu yaxın günlərdə əməliyyat olunacaq. Akakponun bərpa müddəti və meydana qayıdacağı əməliyyatdan sonra dəqiqləşəcək. İlkin ehtimallara görə, Yaovi ən azı 6 aydan sonra meydanlara dönə biləcək.

Eyni problem üzündən 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının sentyabrdakı seçmə oyunlarını və Premyer Liqanın son iki turunu buraxan Rüfət Əhmədov da cərrahi müdaxilə zərurəti yaranıb. 19 yaşlı müdafiəçi yaxın müddətdə Almaniyada əməliyyat olunacaq. Milli üzvünün müalicəsinin xərclərini AFFA öz üzərinə götürüb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30