28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Ozobiçin 40-cı qolu

Filip Ozobiç Azərbaycan Premyer Liqasında 40-cı qolunu vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, bu, 4-cü turun “Qarabağ” - “Sumqayıt” matçına təsadüf edib.

Dubla imza atan yarımmüdafiəçi Ağdam klubuna 2:0 hesablı qələbə qazandırıb. O, ölkə çempionatlarının 29 illik tarixində 40 və daha çox qol vuran 61-ci futbolçudur.

Qeyd edək ki, 40-cı qola 101-ci oyununda imza atan futbolçunun orta məhsuldarlığı 0,396-dır.

İlk qol: “Neftçi” - “Qəbələ” - 0:8 (10.09.2016)

Qarabağ”da ilk qol: “Qarabağ” - “Sumqayıt” - 1:0 (14.09.2018)

Heyətində qol vurduğu klublar: “Qarabağ” - 24, “Qəbələ” - 16

Qol vurduğu mövsümlər: 2016/17 - 11, 2017/18 - 5, 2018/19 - 9, 2019/20 - 1, 2020/21 - 11, 2021/22 - 3

Qapısına qol vurduğu rəqiblərin “lideri” dəyişdi: “Sumqayıt” - 8, “Keşlə” - 7, “Qəbələ” - 5, “Neftçi”, “Zirə” - 4, AZAL, “Qarabağ”, “Kəpəz” - 3, “Sabah” - 2, “Səbail” - 1.

Filip evdə daha çox qol vurub: evdə - 24, səfərdə - 16

Ozobiç 33 oyunda qol vurub: het-trik - 1, dubl - 5, bir qol - 27




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31