24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

10-cu cənubi amerikalı

Sezar Meza Kolli “Neftçi”nin heyətində Premyer Liqada ilk qolunu vurub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, paraqvaylı IV turun “Keşlə” ilə görüşündə (3:0) fərqlənib.

O, çempionatda 3-cü klubda qol sevinci yaşayıb. Sezar bunadək “Keşlə” və “Zirə”də də rəqib qapısına yol tapıb.

Meza Kolli Premyer Liqa tarixində 3 və ya daha çox klubda qol vuran 10-cu cənubi amerikalı olub. Bu göstəricidə rekord Leonardo Roşaya məxsusdur. Braziliyalı 4 klubda - “Standard”, “Keşlə”, “Bakı” və “Qarabağ”da qol vurub.

Braziliyalılar Denis Silva, Junivan Suares, Junior Osvaldo, Junior Nildo, Mario Souza, onların Azərbaycan millisində oynamış həmyerliləri Fabio Luis Ramim, Leandro Qomeş, həmçinin uruqvaylı Anxel Qutyerres də Sezar kimi üç müxtəlif klubun heyətində qol sevinci yaşayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30