20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Çempionatımızda 2 yeni ölkə təmsilçisi

Azərbaycan Premyer Liqasının VIII turu 2 ölkə təmsilçilərinin Azərbaycan çempionatında debütü ilə əlamətdar olub. Futbolxeber.az-ın məlumatına görə, yarışın 21 illik tarixində ilk dəfə meydana Tacikistan və İsraildən olan futbolçular çıxıb. “Qəbələ” - “Rəvan” oyununda qonaqların heyətində sonradan meydana çıxan Sohib Savankulov ilk tacikistanlı kimi Premyer Liqa tarixinə düşüb. Sarı vərəqə ilə də cəzalanan futbolçu 72-ci ölkə təmsilçisi olub. Tacikistan çempionatımızda Asiya Futbol Konfederasiyasını təmsil edən 6-cı ölkədir.

1 gün sonra keçirilən “Qarabağ” - “Simurq” matçında isə qonaqların heyətində israilli İdan Vaytsman debüt etdi. 73-cü ölkə təmsilçisi olan legioner də sarı vərəqə ilə cəzalandı. İsrail UEFA-ya daxil olan 36-cı ölkə oldu ki, çempionatımızda futbolçu ilə təmsil olunur.

Qeyd edək ki cari mövsümdə Tacikistan və İsrailə qədər Kipr də bu siyahıya düşmüşdü.

UEFA-ya daxil olan - 36 ölkə

(Albaniya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Bosniya və Herseqovina, Çernoqoriya, Çexiya, Estoniya, Fransa, Gürcüstan, Hollandiya, İngiltərə, İrlandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Latviya, Litva, Makedoniya, Moldova, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, Şotlandiya Türkiyə, Ukrayna, Xorvatiya, Yunanıstan)

CAF-a daxil olan - 18 ölkə

(Burkina Faso, Əlcəzair, Kabo-Verde, Kamerun, Keniya, Konqo, Fil Dişi Sahili, Liberiya, Mali, Mərakeş, Misir, Nigeriya, Qana, Qvineya, Seneqal, Sierra Leone, Toqo, Tunis)

CONCACAF-a daxil olan - 6 ölkə

(ABŞ, Dominikan Respublikası, Honduras, Kosta-Rika, Meksika, Yamayka)

AFC-a daxil olan - 6 ölkə

(Cənubi Koreya, İran, Özbəkistan, Tacikistan, Türkmənistan, Avstraliya)

CONMEBOL-a daxil olan – 7 ölkə

(Argentina, Braziliya, Çili, Paraqvay, Boliviya, Kolumbiya, Uruqvay)


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30