2 Iyul 2025, Çərşənbə
"Zirə" 4-cü transferini reallaşdırdı
Hamidu Keyta “Araz-Naxçıvan”da
"Qarabağ" "Zirə"yə qalib gəldi
“Neftçi” “Kappa” ilə anlaşdı

Ölkə futbolu

“Sabah”da serbiyalı hücumçu

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, serbiyalı hücumçu Petar Şkuletiç heyətə cəlb olunub. 31 yaşlı futbolçu ilə imzalanan müqavilənin müddəti 2 ildir.

Şkuletiç karyerası ərzində Serbiyanın “Teleoptik” (2008/2009), “Voyvodina” (2011-2014), “Radniçki Niş” (2013), “Partizan” (2014/15), Avstriyanın LASK (2009-2011), Monteneqronun “Zeta” (2011), Rusiyanın “Lokomotiv” (Moskva, 2015-2017), Türkiyənin “Gənclərbirliyi” (2017/18), “Sivasspor” (2020) və Fransanın “Monpelye” (2018-2021) klublarında çıxış edib.

Petar Serbiya millisində 6 oyun keçirib, 1 qol vurub. Yeni transfer “Sabah”da 7 nömrəli formada çıxış edəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31