29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ”dən 75-ci səfər qələbəsi

Azərbaycan Premyer Liqasının III turunun “Sabah”la oyunu “Qəbələ” üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, 2:0 hesabı ilə qalib gələn “qırmızı-qaralar” ölkə çempionatında 75-ci səfər qələbəsini qazanıb.

Bu, 2006-cı ildən Premyer Liqada çıxış edən komandanın rəqib meydanlarındakı 222-ci matçında qeydə alınıb. Digər görüşlərdə 56 heç-heçəsi olan “qırmızı-qaralar” 91 dəfə uduzub. “Qəbələ” ölkə çempionatlarının 29 illik tarixində səfərdə 75 və daha çox qələbə qazanan 7-ci komandadır.

Premyer Liqada əlamətdar səfər qələbələri

1-ci. 26.08.2006. “Şahdağ” (Qusar) - “Gilan” (Qəbələ) - 0:1

25-ci. 11.05.2012. “Neftçi” (Bakı) - “Qəbələ” - 0:1

50-ci. 17.10.2015. “Neftçi” (Bakı) - “Qəbələ” - 0:1

75-ci. 11.09.2021. “Sabah” (Bakı) - “Qəbələ” - 0:2

75-ci səfər qələbəsini qazanan “Qəbələ” xallarının sayını 7-yə çatıb. Bu, ilk üç oyun üçün klub tarixinin rekordunun təkrarıdır. “Qırmızı-qaralar” 2015/16 və 2016/17 mövsümlərində də ilk üç qarşılaşmada 7 xal toplayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31