19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Yaşar Vahabzadə: “İşlərinə ciddi yanaşmalı, məsuliyyətli olmalıdırlar”

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə klubun mətbuat xidmətinə müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Yaşar müəllim, çempionatın startına lap az qalıb, mövsüm öncəsi hazırlığı necə dəyərləndirirsiz?

- Sayılı günlərdən sonra yeni mövsüm başlayır. Komandamız hazırlığını davam etdirir, hər şey öz qaydasındadır. Uşaqlar da çempionatın başlamasını səbirsizliklə gözləyirlər. Hamı oyunlar üçün darıxıb. İki futbolçumuz məşqlərdə iştirak etmir, Vüqar Həsənov zədəlidir, Pərvin Zeynalov isə xəstələnib. Hesab edirəm ki, komandanın hazırlığı normal vəziyyətdədir.

- Keçirdiyiniz yoxlama oyunları sizdə kollektiv haqda hansı təəssürratları oyatdı?

- Dörd görüş keçirdik. Biri həvəskarlardan ibarət, ikisi divizion, biri isə elita təmsilçisinə qarşı oldu. Hazırlıq dövründə belə oyunlar komandaya lazımdır. Ağır məşqlərdən sonra uşaqları matçlarda görmək istədik. Nəticələr əsas deyil. Göründü ki, fiziki durumları normaldır. Demək olmaz ki, komanda çempionata tam hazırdır. Elə hesab edirəm ki, turdan-tura futbolçular oynadıqca formalarını bərpa edəcəklər. Bu, futbolda olan prosesdir. Kollektiv zaman irəlilədikcə həm texniki-taktiki, həm də fiziki cəhətdən daha hazırlıqlı olacaq.

- Transferlər arasında Cavid İmamverdiyev, Tural Rzayev, Nicat Süleymanov, İbrahim Qədirzadə, Bəhruz Teymurov və digər adlar var. Bu futbolçular “Kəpəz”in gücünə güc qatıb. Siz nə düşünürsüz?

- Əlbəttə ki, sadaladığınız simalar komandanı daha da gücləndirmək üçün dəvət olunublar. Onlar özləri də işlərinə ciddi yanaşmalı, məsuliyyətli olmalıdırlar. Meydanda oyunları ilə göstərməlidirlər ki, “Kəpəz”ə nə üçün gəliblər. Komandaya uğur qazandırmaq lazımdır, bunun üçün də əllərindən gələni etməlidirlər. Bu futbolçulardan çox şey asılıdır. Ona görə də özlərini yaxşı tərəfdən göstərməlidirlər.

- Heyətdə gənclər də var. Onların şans qazanmaq imkanını necə qiymətləndirirsiz?

- Komandaya gənc futbolçuları da cəlb etmişik. Məşqlərə yanaşmaları məni razı salır. Çalışacağıq ki, oynamaq üçün onlara da şans verək. Bunun üçün hazırlıq proseslərində özlərini ən yaxşı tərəfdən göstərməlidirlər. Hələlik məşqçilər korpusu olaraq narazılığımız yoxdur. Hər halda çempionat görüşlərində belə futbolçulara da oynamaq üçün imkan yaradacağıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30