26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Neftçi”də 2 seneqallı futbolçu

“Neftçi” Premyer Liqanın 3-cü turunda qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını davam etdirir.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, milli komandanın oyunlarına görə çempionatda yaranmış fasilə zamanı avqustun 28-dən 30-dək 3 günlük istirahətə buraxılmış “ağ-qaralar” ayın 31-də hazırlığı bərpa edib.

Bu müddət ərzində “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilən məşqlərə yeni transfer olunmuş braziliyalı hücumçular - Ramon Maçado və Tiaqo Bezerra da qatılıblar.

Milli komandanın düşərgəsindən qayıdan Mamadu Kane dünən, Emin Mahmudov isə iki günlük istirahətdən sonra bu gün məşqə qoşulub.

Qeyd edək ki, hazırda iki seneqallı futbolçu komandanın düşərgəsində baxışdadır. 18 yaşlı dayaq yarımmüdafiəçisi Sisse Usman və mərkəz müdafiəçisi olan həmyaşıdı Dyedyu Usman da məşqlərdə iştirak edirlər. Bu futbolçular məşqçilər heyəti tərəfindən bəyəniləcəyi halda, onlarla rəsmi müqavilə bağlanacaq və bu haqda rəsmi məlumat veriləcək.

Qeyd edək ki, “Neftçi” - “Qarabağ” oyunu sentyabrın 12-si saat 20:30-da “Bakcell Arena”da keçiriləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30