29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Rüstəm Əhmədzadə: "İrlandiyaya qol vurmalı idim"

“Hər şeyi çox bəyəndim, hər şey çox yüksək səviyyədə idi. Möhtəşəm stadionlar, tribunalarda çoxlu azarkeş var idi”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri Ukrayna “Minay”ında çıxış edən millimizin üzvü Rüstəm Əhmədzadə klubun rəsmi saytına açıqlamasında deyib.

O, millimizin son 3 oyunundan yalnız birində meydana çıxmasının səbəbini izah edib:  “Lüksemburqla oyunun iştirak ərizəsində yer almadım. Çünki millinin düşərgəsinə çox gec qoşuldum. "Şaxtyor"la oyun olduqca çətin və yorucu idi. Məşqçilər heyəti buna görə fiziki durumumu və İrlandiyaya daha yaxşı hazırlaşmağımı qərara aldılar. Baş məşqçimiz De Byazi mətbuat konfransında məni tərfilədi. İrlandiya ilə oyunun sonunda yüngül zədələndim. Ona görə Portuqaliya ilə oyunda iştirak etmədim”.

20 yaşlı hücumçu İrlandiya ilə görüşü (1:1) belə şərh edib: “Bəli, İrlandiya ilə qarşılaşmada qol vurmalı idim. Belə fürsətləri dəyərləndirmək lazımdır. Yığmamız üç matça cəmi 1 xal qazanıb. Düşünürəm ki, hələ hər şey qabaqdadır. Yaxşı komandamız, daha yaxşı oynamaq şanslarımız var. Düşünürəm ki, daha çox xal yığacağıq.

Azərbaycanda bir çox azarkeş mənə yazır. Onlar matçlarımızı izlədiklərini, bizə dəstək olduqlarını söyləyirlər. Bunlar gözəldir”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31