20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"Qəbələ"nin "Sabah"la 16-cı dueli

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bu həftə başa çatacaq. “Qəbələ” iki gün davam edəcək III turda “Sabah”la görüşəcək.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, turun ilk günündə meydana çıxacaq “qırmızı-qaralar” sentyabrın 11-də səfər sınağına çıxacaq.

Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda üçün bu “Sabah”la 16-cı qarşılaşma olacaq. Əvvəlki 15 matçda üstünlük “Qəbələ”nin tərəfindədir. 8 dəfə rəqibini məğlub edən “Qəbələ” 2 dəfə heç-heçə edib və 5 görüşdə uduzub. İndiyədək rəqib qapısına 19 qol vuran futbolçular 16 top buraxıblar. Davit Volkov, Klesio Bauk və Nikolas Raysel daha çox - hərəyə 3 qol vurublar.

Əvvəlki 15 oyundan 11-i çempionat, 4-ü kubok çərçivəsində keçirilib. Premyer Liqada 4 qələbə və 2 heç-heçəsi olan “Qəbələ” 5 qarşılaşmadan xalsız ayrılıb. Top fərqi də bakılıların xeyrinədir - 11:14.

“Qəbələ” səfərdəki 8 görüşdə 4 dəfə qaib gəlib. Digər 4 matçda meydan sahibləri qələbə qazanıb. Bu oyunlarda top fərqində meydan sahibləri üstündür - 10-8.

Xatırladaq ki, sentyabrın 11-də keçiriləcək “Sabah” - “Qəbələ” oyunu saat 18:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30