26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Fernandu Santuş: “Azərbaycan bizə qarşı yaxşı oynayacaq”

"Rəqibin heyətində heç bir futbolçunu ayrılıqda analiz etməmişik. Azərbaycan millisinin yaxşı baş məşqçisi var. Bu oyunda da bizə qarşı yaxşı oynayacaqlar".

Futbolxeber.az saytının məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2022-ci il dünya çempionatının seçmə oyunundan öncə mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis bildirib ki, Azərbaycan millisi müdafiədə yaxşı oynayır: "Amma yarımmüdafiə xəttində də pis təsir bağışlamırlar. Bəzən müdafiədə 6-7 futbolçu yer alır. Bununla belə, heyətdə yaradıcı oyunçuları da var. İstənilən vəziyyətə hazırıq. Sabah meydana da bu düşüncə ilə çıxacağıq".

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya matçı saat 20:00-da start götürəcək (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30