29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

De Byazi: “Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam”

“Qələbə qazanmağa təcrübə çatmadı. Oyuna yaxşı başlamadıq. İlk 10 dəqiqədən sonra tədricən toparlandıq. Oyunumuzda inkişaf görünür. Rəqib hesabda geridə olduğu üçün daha çox hücum edəcəyi gözlənilən idi.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Canni De Byazi DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində səfərdə İrlandiyaya qarşı keçirilən oyundan sonra deyib.

İtaliyalı mütəxəssis 1:1 hesabı ilə yekunlaşan görüşü belə şərh edib: “İkinci hissədə əvəzləmə edərək oyunu daha çox hücumda keçirdilər. Bununla belə, rəqibi çətin vəziyyətlərə saldıq. Bizə də yeni güc lazım oldu, dəyişikliklər etdik. Buraxılan qol epizodunda topun meydanı tərk etdiyi açıq-aşkar görünürdü. Əgər bu, qeydə alınsaydı, indi başqa şeydən danışardıq. Ümumi götürsək nəticəni qane hesab edirəm”.

De Byazi komandasının ifasında müdafiə futbolu görmək istəmədiyini bildirib: “Heç vaxt futbolçularıma müdafiədə oynamağı tapşırmamışam. Daha çox topla oynamalarını, pres tətbiq etmələrini istəmişəm. Taktiki baxımından yaxşı oyun göstərdik. Daha da inkişaf etməliyik. Rəqib reytinq cədvəlində irəlidə olsa da, bu fərq komandaların oyununda hiss olunmurdu. Son dəqiqələrdə oyuna sonradan daxil olan Rüstəm zədəli oynayırdı, tam gücü ilə çıxış etmirdi. Demək olar ki, azlıqda oynayırdıq. Belə olmasaydı, rəqibin qapısında daha çox təhlükəli epizodlar yaradardıq".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31