23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Sənan Qurbanov: "Futbolun tərs üzü ilə rastlaşdıq"

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Sumqayıt”a 0:2 hesabı ilə uduzduqları matçı şərh edib.

Futbolxeber.az saytının məlumatına görə, o, ilk oyun olduğu üçün görüşə bir az gərgin başladıqlarını vurğulayıb.

- İkinci hissəni bizim aktivimizə yazmaq olar. Futbolun tərs üzü ilə rastlaşdıq, əlimizə düşən şanslardan yararlana bilmədik. Hesab oyuna görə olmadı. Biz ikinci hissəni hücumda keçirdik, "Sumqayıt" daha çox müdafiə olundu. Üzülürük, amma gələcəyə baxmaq lazımdır. Başa düşürük ki, qalib gəlmək lazım idi. Çox qol imkanından yararlanmamağımız bizi üzdü.

- Birinci hissədə daha çox uzaq məsafədən zərbələrə üstünlük verməyiniz nə ilə bağlı idi?

- Bilirdik ki, "Sumqayıt" qapalı komandadır. Uzaq məsafədən zərbələr planda var idi.

- "Keşlə" necə qol vura bilər?

- Elə epizodlar oldu, vura bilmədik. Bəxt amili var idi. Bu o demək deyil ki, belə davam edəcək. Çalışacağıq ki, məşqlərdə bunların üzərində işləyək.

- Amil Yunanovu çox gec meydana buraxmağınız nə ilə bağlı idi?

- Artıq uduzurduq, müdafiəçini çıxarıb, hücumçu buraxdıq. Ona qədər oyun planında axsaqlıq yox idi. Oyuna nəzarət bizdə olsa da, sonda əlavə hücumçuya ehtiyac var idi. Amilin potensialına inanırıq. Gələcəkdə daha çox şans qazanacaq (apasport.az).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30