16 Aprel 2024, Çərşənbə axşamı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı
XXX turun hakim təyinatları

Ölkə futbolu

Ayxan Abbasov: “Səfərdə qələbə ilə başlamaq önəmli idi”

“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 1-ci turunda “Keşlə”yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, matç barədə bunları deyib:

- Yeni mövsümün startı münasibətilə hər kəsi təbrik edirəm. Darıxmışdıq. Azarkeşlərə icazə verildiyi üçün təşəkkür edirəm. Futbolun bəzəyi onlardır. Bu qələbə münasibətilə azarkeşlərimizi və komandamı təbrik edirəm. Səfərdə qələbə ilə başlamaq önəmli idi. Hər iki komandanın bu gün epizodları oldu. Çempionatın əvvəlidir, gərginlik də var idi. İki tur belə ağır keçəcək. Futbolçulara da demişəm, artırmalıyıq, fərqli olmalıyıq. Yolumuza davam edirik.

- Aydın Bayramovun durumu nə yerdədir?

- Ümid edirəm ki, ciddi zədə deyil. Rəqiblə toqquşdu dizindən zədə aldı.

- İlk oyundan sonra hansı çatışmazlıqları gördünüz və rəhbərlikdən yeni oyunçu istəyəcəksinizmi?

- Bizdə hər mətbuat konfransında transferlə bağlı sual vermək dəb halını alıb. Ala bilsək, alacağıq, ala bilməsək, bu oyunçularla yolumuza davam edəcəyik. İstərdim, desinlər ki, Ayxan müəllim, təbrik edirəm, Konfrans Liqasında 3 gənc oyunçu oynatdınız. Bəzi dırnaqarası "professorlar" deyir ki, "Çukariçki"ni keçməli idiniz. Bizim də 11-12 legionerimiz olsaydı, o zaman nəsə demək olardı.

- "Sumqayıt" son vaxtlar "Keşlə"yə yeganə məğlubiyyəti ölkə kubokunun finalında alıb. Bu, həmin görüşün məsuliyyətindən qaynaqlanırdı?

- Əlbəttə. Həmin gün "Keşlə" bizdən daha istəkli oldu. Rəqibə heç bir məqamda uduzmadıq. Belə matçlarda bəzi futbolçular üzə çıxmalıdırlar. Rəqibdə Sezar Meza Kolli kimi futbolçu var idi. Bizdə bu gün Rəhim Sadıxov bu funksiyanı icra edir. Bizdə o, Əli Qurbani belə məqamlarda üzə çıxmağa başlayırlar.

- Adətən Murad Xaçayevlə matça başlayırsınız. Bu gün Elvin Məmmədovun start heyətində yer alması nə ilə bağlı idi?

- Komandada rəqabət olmasını xoşlayıram. Sabah tam başqa heyət ola bilər. Elvinin məşqdəki performansı bizi qane edirdi. Limit  məsələsi də var. Limit də bizə sıxıntı yaratmır. Bizdə 2004-cü il təvəllüdlü futbolçu var. Belə şeyləri çempionatın əvvəlində düşünmək lazımdır. Biz də düşünmüşük.

- Belə düşüncə var ki, komanda çempion ola bilməyibsə, problem var. Ötən mövsümdən fərqli cari çempionatda hansısa dəyişikliklər etmisiniz?

- Biz çempion olmalı idik? Mən bu fikirlə razı deyiləm. Bu sualı iddialı klublara vermək olar. Bizi çempionluğa iddialı görürsünüzsə, çox sağ olun. Heyəti qorumaqda məqsədimiz budur ki, futbolçular daha çox oynamalıdırlar. Çempionatımız çox çətindir. Heyət geniş olmalıdır. 1-3 məğlubiyyətlə deyə bilmərsən ki, komanda hazır deyil. Bizim məqsədimiz fərqlidir. Avropaya, güclü komandalara oyunçular vermək istəyirik. Xəyal Nəcəfovun "Neftçi"yə gedişi bizə pul qazandırdı. Həmin pulla işlər görüldü. Çempion olmaq üçün nələr-nələr lazımdır. Bəzi liqalarda sürpriz çempion olur. Məsələn, "Lids" kimi. Amma növbəti mövsüm görürsən ki, bu, çempionluq komanda deyil.

- Rəhim Sadıxovun adı "Qarabağ"la hallanır. Bununla bağlı təklif almısınız?

- Xeyr, bizə təklif olmayıb. Onu satmaq fikrimiz yoxdur. Gərək elə təklif olsun ki, fikrimizdən daşındıra bilsinlər (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30