16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Ramin Quliyev: “Vaxt lazımdı”

"Sabah"ın baş məşqçisi Ramin Quliyev Azərbaycan Premyer Liqasının 1-ci "Səbail"ə  0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib.

Futbolxeber.az saytının məlumatına görə, o, rəqibi qələbə münasibəti ilə təbrik edib:

“3 xal üçün oynadıq. Futbolçuların oyuna hazırlığından, yanaşmasından razı qaldım. Futbolda belə məğlubiyyətlər olur. Elə olur pis oynayıb qazanırsan, elə də olur yaxşı oynayıb uduzursan. Bu da belə oyunlardan biridir”.

- Komandanın istədiyiniz oyunu oynaması üçün nə qədər vaxt lazımdır?

- Yeni qoşulanlar və zədəlilər var. Xulio Sezar Rodriqes Gürcüstan toplanışında zədələnib. Oyun baxımından tam komplektləşməmişik. Getdikcə daha daha yaxşı komanda görəcəyik. Sadəcə, vaxt lazımdır. Heyətimiz yenilənib, vaxta ehtiyacımız var. Ancaq bu, məğlubiyyətə bəhanə deyil.

- Rəhbərlik qarşınıza hansı məqsədi qoyub?

- Belə heyət yığırıqsa, deməli, qarşımıza qoyulan məqsəd avrokuboklara vəsiqə qazanmaqdır.  Əsas hədəf budur. Potensialımız var, qarşıdakı turlarda daha yaxşı olacağıq.

- Komanda özünə gələnə qədər, məğlubiyyətlər olarsa, rəhbərliyin sizin gələcəyinizlə bağlı qərarı necə olacaq?

- Rəhbərliyin işinə qarışmıram. Tez bir zamanda bu məğlubiyyəti unudub, növbəti matçlarda qələbə qazanmaq üçün hazırlaşacağıq.

- Nəticə ədalətlidir?

- Rəqibin qələbəsinə kölgə salmaq istəmirəm. Bu, futboldur. Elə oyunlar var ki, oynayıb uduzursan. Bu da onlardan biri idi. Futbolun da gözəlliyi budur.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30