19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Premyer Liqada 16-cı start

Avqustun 14-də Azərbaycan Premyer Liqasında 2021-2022-ci ilЗlər mövsümü başlayacaq.

Futbolxeber.az saytının məlumatına görə, 30-cu ölkə çempionatında iştirak edəcək “Qəbələ” 16-cı mövsümünə start verəcək.

Yüksək dəstədə 2006-cı ildə debüt edən “qırmızı-qaralar” indiyədək 15 çempionatda qüvvəsini sınayıb.

“Qəbələ” bu müddətdə 5 dəfə mükafatçılar sırasında yer alıb. “Qırmızı-qaralar”ın hesabında 2 gümüş (2016/17, 2017/18) və üç bürünc (2013/14, 2014/15, 2015/16) medal var.

Əvvəlki 15 mövsümdə komanda 440 matça çıxıb. Bu görüşlərdə 171 qələbə qazanan “Qəbələ” 118 dəfə bir xalla kifayətlənib. “Qırmızı-qaralar” 151 dəfə məğlubiyyətlə üzləşib. 528 qol vuran futbolçular 488 top buraxıb.

“Qəbələ” evdə və səfərdə eyni sayda - 220 oyun keçirib. Öz meydanında 97 qələbəsi olan “qırmızı-qaralar” 63 dəfə heç-heçə edib. 60 dəfə uduzan “Qəbələ” qonaqların qapısından 285 top keçirib və 206-nı buraxıb. Səfərdə 74 dəfə üç xal əldə edən futbolçular rəqib meydanlarında 55 sülhə imza atıb. 91 dəfə səfərdən xalsız dönən “Qəbələ” 243 qol vurub, 282-ni buraxıb.

Bu 15 mövsümdə “Qəbələ”nin formasını 237 futbolçu geyinib. Onlardan yeddisi 100 matç səddini arxada qoyub: Urfan Abbasov - 177, Dodo - 131, Asif Məmmədov - 130, Dmitri Bezotosnı - 117, Viktor Mendi - 112, Elvin Camalov - 111, Cavid Hüseynov - 107.

“Qəbələ”nin qollarına 112 futbolçu imza atıb. 13 dəfə isə rəqib oyunçular avtoqol müəllifi olub. Komandanın Premyer Liqadakı bombardiri Viktor Mendi 29, Dodo 23, Baqali Dabo 20 dəfə rəqib qapısına yol tapıb. Yannik Kamanan və Filip Ozobiç hərəyə 16, Cavid Hüseynov, Deon Barton, Daniel Subotiç və Stiven Monroz hərəyə 15 dəfə fərqlənib.

“Qırmızı-qaralar”a Premyer Liqadakı 15 mövsümdə 10 baş məşqçi rəhbərlik edib. Ramiz Məmmədov 118, ukraynalı Roman Qriqorçuk isə 108 matçda bu postda olub.

“Qəbələ” 15 mövsüm ərzində 24 müxtəlif rəqiblə qarşılaşıb.

“Qəbələ” 7 dəfə mövsümə qələbə ilə başlayıb. Startda 5 heç-heçəsi olan komanda 3 dəfə ilk matçını uduzub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30