19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

AEL-in baş məşqçisi: “Siyasəti futbola qarışdırmaq da istəmirəm”

"Növbəti mərhələyə adlaması münasibətilə "Qarabağ"ı təbrik edirəm. Güclü rəqibə qarşı oynamağa çalışdıq. Futbolçularımı əzmkarlığa görə təbrik edirəm".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AEL-in baş məşqçisi Duşak Kerkez Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ"la cavab oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

O, Ağdam təmsilçisinə uduzaraq, turnirdə mübarizəni dayandırmaqlarını belə şərh edib: "Nəticə məni qane edə bilməz. Amma biz göstərdik ki, büdcə baxımdan özümüzdən 5-6 dəfə güclü komandalara qarşı oynamağa qadirik. Stadionda azarkeşlərin yaratdığı atmosferdən razıyam. Ümid edirəm ki, pandemiya dövrü tezliklə başa çatacaq və bütün oyunlarda belə atmosfer görəcəyik. Məğlubiyyətə görə üzülürük, mərhələ adlaya bilməmişik. Bütün rəqiblərə hörmətlə yanaşaraq, hər matça qələbə qazanmaq üçün çıxırıq. Bir neçə günlük istirahətdən sonra çempionat oyununa hazırlaşacağıq".

Kerkez ilk oyunda Kiprdə yerli azarkeşlərin Qurban Qurbanova qarşı hörmətsizliyindən də danışıb: "Qurbanovu "Qarabağ"da 13-cü ili başa vurması münasibətilə təbrik edirəm. Bu, çox yaxşı ənənədir. Futbol emosiyalar oyunudur. Baş verənləri yaxşı qarşılamıram. Amma siyasəti futbola qarışdırmaq da istəmirəm. Bu gün bizə qarşı heç bir hörmətsizlik olmadı".

Qeyd edək ki, komandalar arasında ilk görüş 1:1 hesablı heç-heçə ilə başa çatmışdı. "Qarabağ" ümumi hesabda 2:1 qalib gələrək mərhələ adlayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30