29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi"nin güclü tərəfləri, yarımmüdafiə xəttində yüksək səviyyəli futbolçuları var”

"Neftçi"nin Avropa Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi HİK-in baş məşqçisi Toni Koskela təmsilçimizlə keçirəcəkləri cavab oyunu barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 38 yaşlı mütəxəssis Bakıdakı qarşılaşmada (2:2) üstün tərəf olduqlarını vurğulayaraq bildirib:

"Düşünürəm ki, səfərdə yaxşı matç keçirdik və çətinliklərə baxmayaraq, oyunun idarəetməsini ələ almışdıq. İndi Finlandiyada oynadığımız üçün mütləq ev sahibi komandaya kimi çıxış etmək istəyirik. Daha intensiv hərəkət etməyə çalışacağıq. İlk matçda rəqib nadir hallarda qapımıza yaxınlaşırdı. Buna görə də yalnız uzaqdan zərbələr vurmaq imkanları vardı. Bütün bunlar cavab görüşündə nəzərə alınmalıdır".

Koskela Bakı klubunun heyətində güclü oyunçular olduğunu vurğulayıb: "Neftçi"nin güclü tərəfləri, yarımmüdafiə xəttində yüksək səviyyəli futbolçuları, təkbətək mübarizədə çox yaxşı oynaya biləcək hücumçusu var. "Neftçi" yəqin ki, bəzi dəyişikliklər edəcək. Amma heyətin əhəmiyyətli dərəcədə dəyişəcəyi ehtimalı yoxdur. Mamadu Kaneni xüsusi fərqləndirərdim. İndi ən vacib şey sabah yaxşı çıxış etməkdir".

Qeyd edək ki, bu gün keçiriləcək HİK - "Neftçi" görüşü Bakı vaxtı ilə 20:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31