20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

30-cu çempionat: 37 bombardir

Bu həftə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümü start götürəcək.

Futbolxeber.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 30-cu mövsüm olacaq.

Yarışın tarixinin ən yaxşı bombardiri aktivində 183 top olan Nazim Əliyevdir. O, izləyicilərini böyük fərqlə qabaqlayır. Müşfiq Hüseynov 125 qolla ikinci, ondan 9 top geri qalan Rövşən Əhmədov üçüncüdür.

Ümumilikdə yalnız 10 futbolçu 100 və ya daha çox qola imza atıb.

50 qol səddini adlayanlar isə daha çoxdur. 37 futbolçu ən azı 50 dəfə fərqlənib. Onlardan yalnız biri qarşıdakı mövsümdə qol sayını artıra bilər. Bu, “Səbail”in forvardı Rauf Əliyevdir. Hücumçunun aktivində 61 top var. Ölkə xaricində legioner həyatı yaşayan Mahir Emreli ondan 2 qol geri qalır.

Ən azı 50 qol vuranlar arasında üç legioner də var. Milli komandamızda da oynamış Badri Kvaratsxeliya ən məhsuldar əcnəbidir. Digər gürcüstanlı Georgi Adamiya və nigeriyalı Viktor İqbekoyi də bu cədvələ düşə bilib.

 

1

Nazim Əliyev

183

2

Müşfiq Hüseynov

125

3

Rövşən Əhmədov

116

4-5

Qurban Qurbanov

115

 

Samir Ələkbərov

115

6

Alay Bəhramov

108

7

Nadir Nəbiyev

103

8-9

Xaqani Məmmədov

102

 

Vadim Vasilyev

102

10

Kənan Kərimov

101

11

Musa Qurbanov

94

12

Fazil Pərvərov

89

13

Samir Musayev

88

14-15

Fərrux İsmayılov

85

 

İmamyar Süleymanov

85

16

Samir Əliyev

84

17

İsmayıl Məmmədov

76

18

İlham Məmmədov

74

19

Azər İsayev

73

20

Paşa Əliyev

72

21

Badri Kvaratsxeliya

71

22

Zaur Ramazanov

70

23

Yunis Hüseynov

66

24-25

Vidadi Rzayev

65

 

Mahir Əliyev

65

26-29

Mahmud Qurbanov

61

 

Rauf Əliyev

61

 

Ramiz Məmmədov

61

 

Georgi Adamiya

61

30

Mahir Emreli

59

31

Rəşad Abdullayev

58

32

Vaqif Cavadov

53

33

Həsən Abdullayev

51

34-37

Viktor İqbekoyi

50

 

Vüqar Qəmbərov

50

 

Mehman Baxışov

50

 

Yalçın Bağırov

50

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30