19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

UEFA "Neftçi"nin müdafiəçisini 2 oyunluq cəzalandırdı

Yunanıstanda "Olimpiakos"a qarşı Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyununda birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulan "Neftçi"nin futbolçusu Mert Çelikin cəzası açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsindən verilən məlumata görə, 21 yaşlı müdafiəçi iki oyunluq diskvalifikasiya olunub. Bu isə o deməkdir ki, Pirey təmsilçisi ilə cavab matçını buraxan gənc oyunçu Bakıda Finlandiya HİK-inə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin ilk görüşündə də meydana çıxa bilməyəcək.

Mert Çelik "Olimpiakos"la oyunun 63-cü dəqiqəsində rəqibin yarımmüdafiəçisi Oleq Ryabçukun sifətinə təpik zərbəsi endirdiyi üçün qırmızı vərəqə alıb.

Qeyd edək ki, hər iki oyunda "Olimpiakos"a 0:1 hesabı ilə uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb. "Ağ-qaralar" Avropa Liqasında HİK-lə ilk oyununu avqustun 3-də Bakıda keçirəcək. Cavab matçı isə avqustun 12-də Helsinkidə olacaq (“Report”).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30