25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Təlim-məşq bazasının təməli qoyulub

Bu gün AFFA-nın Mərdəkan qəsəbəsindəki Futbol Mərkəzində milli komandalar üçün inşa olunacaq təlim-məşq bazasının təməlqoyma mərasimi keçirilib. Futbolxeber.az-ın məlumatına görə, tədbirdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, UEFA-nın prezidenti Mişel Platini, ölkə futbol ictimayyətinin nümayəndələri və jurnalistlər iştirak ediblər. R.Abdullayev çıxış edərək tədbir iştirakçılarını salamlayıb, UEFA prezidentini növbəti dəfə Azərbaycanda görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. M.Platini öz çıxışında UEFA-nın bütün milli assosiasiyalara futbolun inkişafı prosesində dəstək verdiyini qeyd edib, bu istiqamətdə işlərin gələcəkdə də davam etdiriləcəyini deyib.

AFFA və UEFA prezidentləri milli komandaların təlim-məşq bazasının təməlini qoyub.

Ölkə və qitə futbol qurumunun başçıları AFFA Futbol Mərkəzindəki meydançada məşq edən qızlardan ibarət komandanın məşqini izləyib.

UEFA-nın prezidenti Mişel Platini brifinq keçirərək mətbuat nümayəndələrinin suallarını cavablandırıb.

Xatırladaq ki, AFFA-nın növbəti layihəsi olan təlim-məşq bazasının tikintisi UEFA-nın maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Tədbir iştirakçıları AFFA Futbol Mərkəzindən hazırda tikintisi davam edən Bakı Olimpiya Stadionuna gəliblər. UEFA prezidenti stadionun maketi ilə tanış olub, arenanın tikintisi ilə bağlı videoçarx izləyib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30