Ölkə futbolu
Ayxan Abbasov: “Təəssüf ki, onları sevindirə bilmədik”

“Azarkeşlərimiz möhtəşəm idilər. Onlara təşəkkür edirəm. Təəssüf ki, onları sevindirə bilmədik. Oyuna belə başlamaq istəməzdik. Rəqib çox asan qollar vurdu və üstünlük yaratdı. Həmin hücumlara hazırlaşmışdıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Çukariçki” ilə keçirilən cavab oyununda (0:2) son mətbuat konfransında deyib.
Konfrans Liqası ilə vidalaşmalarını şərh edən çalışdırıcı bildirib ki, "Çukariçki"ni keçmək olardı: "Gözlədiyimiz hücumdan qol buraxdıq. İkinci qol isə penaltidən oldu və nəticəni dəyişə bilmədik. İkinci hissədəki çıxışdan razı qaldım. Bir qol vursaydıq, bəlkə də, geri dönüş edə bilərdik. Çempionatda üçüncü yeri tutmaq çox çətin idi. Bu gün Konfrans Liqasında çıxış etdik, komanda inkişafdadır. Futbolçuların səhvlər etməsini istəmirik. Amma bunun üçün təcrübə lazımdır. "Çukariçki"ni keçmək olardı. Tez qol buraxmasaydıq, oyunun axarı başqa cür olardı. Bizim üçün avrokubok mövsümü bitdi. Amma futbolçularıma dedim ki, bu həyəcanı yenidən yaşamaq istəyiriksə, daha da istəkli olmalıyıq. Son üç ildə çempionatda ilklərə imza atmışıq. Bu şəhərin arzusu avrokuboklarda oynamağımız idi. Təəssüf ki, avrokuboklarda ilkə imza ata bilmədik. Heyətin gücləndirilməsi vacibdir. Bunun üzərində işləyəcəyik. Bəzi çatışmazlıqlarımız var".
A.Abbasov qeyd edib ki, bu gün mərhələ keçməmələrinin səbəbi transfer etməmələri deyil: "Öz yolumuz var. Süleymanın, Muradın, Rüfətin qarşısını kəsmək istəmirik. Onların inkişafı üçün səbirli olmalıyıq. Kənardan oyunçu gətirib, nəticə vermək çox asandır. Biz bu yolla getmirik. Rəhbərliyin də bir fikri var. Kənardan 10-11 nəfər gətirdik, yerli futbolçular harada oynayacaq? Bəli, nəticə verməliyik. Amma bəzi oyunçuları oynatdığım üçün məni qınayanlar var idi. Sonradan isə onlara "Neftçi"dən təklif gəldi. Çünki biz səbr etməyi bacarırıq. Heyətimizin özəyini qorumuşuq. Çempionatda daha yaxşı olmaq üçün bu oyunlar vacib idi.
Futbolda anidən hər şey alt-üst ola bilir. Oyun bizim üçün yaxşı başlamışdı. Amma əks-hücumda tutub, qol vurdular. Çox sual verirdilər ki, ilk görüşdə müdafiə oturdunuz. Bu gün oyunboyu hücumda keçirdik. Futbolçularımın hücum gücünü əlindən almaq istəmirəm. Başqa taktika seçə bilərdim. Amma istədim ki, futbolçular sərbəst olsunlar. 0:0 hesabı mərhələ keçmək üçün təminat vermir. Nəticə əldə etmək üçün bəzi oyunçular bir az da böyüməli, artırmalıdırlar".

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Abdullah Zubir: “Ona görə də qol vurandan sonra Qurban Qurbanova tərəf qaçmalıyam”
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- “Qarabağ”ın qapıçısı üsyan etdi: “XXI əsrdə necə süni qazonda oynamaq olar?”
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- “Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
- “Sumqayıt”dan Santuşun iddiasına cavab: “Pasport probleminin bizə heç bir aidiyyəti yoxdur”
- Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
- Ehtiram Quliyev: “Turan ruhu böyükdür, mən komandaya bu ruhu qaytarmaq istəyirəm”
- PFL prezidenti mövsümün açılış oyununda
- "Qarabağ" Macarıstana yollandı
- Elvin Bədəlov: “Rəqib təhlükə yaratmadan qol vurdu, qəribə, dəhşət bir şeydir”
- PFL “Ayın qolu” layihəsini davam etdirəcək - Elxan Səmədov açıqladı
-
23:48
Kadinin qolu 1 xal qazandırdı VİDEO
-
23:17
Millimiz darmadağın oldu
-
23:00
Qurban Qurbanov: “Yerli məşqçilərə güvənmək lazımdır”
-
22:25
“Mövzuya bir daha qayıtmayacağam”
-
21:52
"Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Araz-Naxçıvan" vahid lider oldu
-
21:39
"Araz-Naxçıvan" 3 xalı 2 qolla qazandı VİDEO
-
21:13
"Səbail" qələbə ilə başladı
-
20:46
Adil Şükürov: “Daha aqressiv kollektiv görmək istəyirik”
-
20:24
Elmar Baxşıyevdən qələbə şərhi
-
18:08
Millimizin yekun heyəti məlum oldu
-
17:31
Azərbaycan klubu daha bir legionerlə anlaşıb
-
17:17
“Qarabağ” təxirə salınan oyununun vaxtı bilindi
-
16:40
“Kəpəz” sabiq hücumçusunu geri qaytardı
-
15:55
“Səbail” Kamran Quliyevi transfer etdi
-
15:29
Azərbaycan III Türk Dövlətləri Universiadasında birinci olub
-
15:13
"Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
-
14:32
Azərbaycan millisi Litvaya uduzdu
-
14:06
"Qarabağ" - "Kopenhagen": Qonaq azarkeşlər üçün biletlərin qiymətləri açıqlanıb
-
13:44
Teymur Rəcəbovun iştirakı ilə "ustad dərsi"
-
13:28
Kanadalı basketbolçu Azərbaycan klubuna keçib
-
13:17
Azərbaycanlı futbolçu rəsmən Cənubi Afrika klubunda
-
12:51
Azərbaycan avarçəkənləri III MDB Oyunlarına hazırlıqlarını davam etdirirlər
-
12:30
"Şəki"dən legioner transferi
-
11:45
Milli Paralimpiya Komitəsində yeni təyinat
-
11:29
AFFA-nın komitə sədrinə Rusiyada vəzifə verildi
-
11:13
"Dünya çempionu olmaq üçün əlimdən gələni edəcəyəm"
-
10:56
"Benfika"da "Roma"nın futbolçusu ilə gücləndi
-
10:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:04
Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
-
09:48
Onananın “Trabzonspor”a keçidi rəsmiləşdi
-
09:17
Oçoanın yeni klubu məlum oldu
-
22:59
"Səbail"dən hücumçu transferi
-
22:45
Daha bir klub Şamaxıya köçdü
-
22:23
"Sumqayıt" onunla vidalaşdı
-
18:31
"Turan Tovuz"dan yeni transfer
-
18:00
Millimiz Belçikaya qalib gəldi
-
17:16
"Araz-Naxçıvan" "Kəpəz"lə oyuna belə hazırlaşır VİDEO
-
16:57
“Qarabağ”dan iki legioner transferi
-
16:48
Şahmatın rapid və blits növləri üzrə Azərbaycan çempionatı keçiriləcək
-
16:25
PFL “Ayın qolu” layihəsində mövsümün ilk qalibini açıqladı VİDEO
-
16:00
1:11 hesablı məğlubiyyətə görə istefa verdi
-
15:33
Azərbaycan klubu braziliyalı ilə gücləndi
-
15:19
Azərbaycanlı hakim Çempionlar Liqasına təyinat alıb
-
14:52
Eşitmə məhdudiyyətli karateçilərin təlim-məşq toplanışı keçirilib
-
14:41
Millimiz Ukrayna ilə heç-heçəyə görə nə qədər mükafat alacaq?
-
14:24
“Neftçi”nin mobil tətbiqi artıq istifadədədir
-
14:06
"Sumqayıt" da trendə qoşuldu FOTOLENT
-
13:15
“Zirə” braziliyalı müdafiəçi transfer etdi
-
12:38
"Benfika" - "Qarabağ" oyununun hakimləri bəlli olub
-
12:29
Azərbaycan klubu rusiyalı voleybolçunu transfer edib
12.09.2025
11.09.2025













