17 Yanvar 2026, Şənbə
"Sumqayıt" "Osiyek"lə bacarmadı
"Zirə"dən ardıcıl iki məğlubiyyət
"Neftçi" Çin klubuna qalib gəldi
“Səbail” U-21 millimizə uduzdu

Ölkə futbolu

Ayxan Abbasov: “Ümidvaram ki, turu keçən tərəf biz olacağıq”

“Bugünkü oyun bizim Avropa səhnəsində ikinci qarşılaşmamız idi. Maraqlı mübarizəyə şahidlik etdik. Oyunun əvvəlində uşaqların həyəcanlı olduğu hiss olunurdu. Bu da səbəbsiz deyil, çünki, heyətimiz gənc futbolçulardan qurulub. Lakin, matçın gedişində həyəcanımızı boğa bildik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Serbiya “Çukariçki”si ilə maçtdan sonra deyib.

Abbasov qolsuz bərabərliklə tamamlanan görüşü belə şərh edib: “Rəqibimiz meydan amilinə görə nisbətən bizdən üstün oyun sərgiləməyi bacardı. Bir həftə sonra doğma meydanımızda azarkeşlərimizin qarşısında oynayacağıq. Onlar da bizim üçün darıxıblar. Ümidvaram ki, azarkeşlərimiz önündə sərfəli nəticə əldə edərək, turu keçən tərəf biz olacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Yanvar 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31