22 Oktyabr 2026, Cümə axşamı
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər
“Turan” “Mladost”u məğlub etdi
Asif Məmmədovdan 18 ilin rekordu
Berdiyev məğlubiyyəti şərh etdi

Ölkə futbolu

“Çukariçki”nin kapitanı: "Sumqayıt" çox intizamlı komandadır”

“Qarşıda çox çətin oyunlar olacaq. Əvvəlcə sabahkı matç, sonra Azərbaycandakı”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Serbiyanın “Çukariçki” klubunun kapitanı Marko Doçiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Symqayıt"la sabahkı oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

O, meydana çıxmasını səbirsizliklə gözlədiyini qeyd edib: “Rəqib çox intizamlı komandadır. Arxa xətdə 5 oyunçu ilə təşkilatlanmış müdafiəyə malikdir. Əks-hücumlarda çox sürətli və təhlükəli futbolçuları var. Səbirsizliklə meydana çıxmağımızı gözləyirəm. Bizə azarkeşlərin dəstəyi lazımdır. Ona görə fanatları matça çağırıram ki, bizə dəstək olsunlar".

29 yaşlı yarımmüdafiəçi rəqibi yaxşı təhlil etdiklərini bildirib: “Ümid edirəm ki, tarixi uğura imza atıb 3-cü tura yüksələcəyik. Bu klubun yeni tarixində ən böyük uğurlardan biri olar. Hesab edirəm ki, ilk oyunu evdə keçirmək üstünlükdür. Müsbət nəticə qazansaq, səfərdə işimiz yüngül olacaq. Klubda hər kəs fərdi qaydada rəqib barədə məlumat toplamağa çalışırdı. Azərbaycanda çalışan və ya ora ilə bağlılığı olmuş hər məşqçi və oyunçu ilə əlaqə saxlamışıq. Məhz onlardan öyrəndiklərimiz üzərində çalışmışıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31