20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

"De Byazi zəng vurub dedi ki, artıq Azərbaycan millisinin üzvüsən"

"Qarabağ"ın futbolçusu Filip Ozobiç milliləşdirilməsi barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, xorvat yarımmüdafiəçi "Sportske novosti" nəşrinə müsahibəsində bir sıra maraqlı məqamlara toxunub.

O, Xorvatiya yox, Azərbaycan millisini seçməsini belə əsaslandırıb: "Xorvatiya millisinə çağırılmaq şansımın olmadığını qəbul edirdim. 30 yaşım var, realist biriyəm. Ona görə də 2 variantdan birini seçməli idim: ya ümumiyyətlə, milli səviyyəsində çıxış etməmək, ya da Azərbaycan yığmasında oynamaq".

Ozobiçin sözlərinə görə, Canni de Byazi Azərbaycan millisinə baş məşqçi təyin edildiyi ilk vaxtlardan onu komandasına dəvət etmək istəyib. Bununla bağlı onların arasında görüş də keçirilib. Görüşdə italiyalı mütəxəssis Ozobiçə dair planlarını açıqlayıb.

O, millimizdə oynamaqla bağlı FİFA-nın icazəsi haqda ilk dəfə De Byazidən xəbər aldığını söyləyib: "Mənə zəng vurub dedi ki, FIFA oynamağına icazə verir və sən artıq Azərbaycan millisinin üzvüsən. Təbriklərini çatdırdı. Mən isə söz verdim ki, milliyə əlimdən gələn köməyi edəcəyəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30