29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Azad Rəhimov: "Futbolda vəziyyət dəyişməlidir”

Futbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisinin kimliyinə dair qərar hələ qəbul olunmayıb. Lent.az-ın məlumatına görə, bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov açıqlama verib.
 
Yığmaya hazırda “Qarabağ”ın baş məşqçi postunu tutan Qurban Qurbanovun namizədliyinə gəldikdə, Rəhimov hər bir namizədi normal hesab etdiyini bildirib. Onun fikrincə, hər bir namizəd öz proqramı ilə gəlməli, təkliflərini, ideyalarını deməlidir: “İstərdik ki, yeni baş məşqçi savadlı, təcrübəli, bu işi bilən və qurmağı bacaran baş məşqçi olsun. Düşünürəm ki, AFFA düzgün seçim edəcək”.
 
Bununla yanaşı, Rəhimov futbolumuzun hazırkı durumu ilə bağlı fikirlərini də açıqlayıb: “Ümumiyyətlə, düşünürəm ki, futbolda vəziyyət dəyişilməlidir. Yəni, klublarda inkişaf olmalı, onlar öz strategiyalarını dəyişməlidirlər. Dəfələrlə qeyd olunub ki, dünyanın 10 ən məşhur mütəxəssisi gələrək, burada məşqlərə başlasa, baza və əlində işləməyə yaxşı material olmasa, biz o nailiyyətləri qazana bilmərik. Futbol elə bir idman növüdür ki, burada milli komanda uşaqlıqdan məktəb, futbol akademiyası, klubların aşağı yaş qrupları üzrə heyətləri və gənclərdən ibarət yığmalardan formalaşdırılmalıdır. Sözsüz ki, bu addımların AFFA tərəfindən atılacağını düşünürəm”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31