24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Mahmudov: "Bizi çox çətin oyun gözləyir”

“Bizi çox çətin oyun gözləyir. İlk matçda istədiyimiz alınmadı. Bu dəfə öz oyunumuzu oynamağa çalışacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin Tbilisi “Dinamo”su ilə Bakıda keçiriləcək cavab oyunu öncəsi təşkil edilən mətbuat konfransında deyib.

29 yaşlı yarımmüdafiəçi ilk matçdakı səhvlərindən nəticə çıxardıqlarını bildirib: “Onlarda çempionatın gedişidir, “Dinamo” bizdən hazırlıqlıdır. Amma çalışacağıq bu dəfə top daha çox bizdə olsun. Çünki ilk görüşdə bunu edə bilmədik. "Dinamo"nun üstün və zəif tərəfləri ilə bağlı baş məşqçi bizə öz tapşırıqlarını verəcək".

E.Mahmudov səfər qolu ləğvi barədə bunları deyib: "Əvvəl səfərdəki komandalar qol vurmağa çalışırdılar. Amma indi bir qədər fərqlidir. Məncə, yeni sistemə əsasən penalti seriyaları daha çox olacaq".

Qeyd edək ki, sabah “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Dinamo” oyunu saat 21:00-da başlayacaq. Komandalar arasında Tbilisində keçirilən görüş "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30