25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Neftçi” - “Dinamo” matçının biletləri sabahdan satışda

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Neftçi” - “Dinamo” (Tbilisi) oyununun biletləri sabah saat 11:00-da satışa çıxarılacaq.

Futbolxeber.az-ın “Neftçi”nin rəsmi saytına istinadən verdiyi məlumata görə, qiyməti 5 (1A, 2A, 4A, 5A, 1B, 2B), 10 (3B) və 20 (3A) AZN təşkil edən biletləri “Bakcell Arena” stadionunun kassalarından əldə edə bilərsiz.

Kassalar saat 21:00-dək işləyəcək.

“Neftçi” PFK qeyd edir ki, bu oyunun biletlərinin satışından əldə olunacaq vəsait Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması, habelə təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin və rifahın davamlı artmasının dəstəklənməsi məqsədilə yaradılmış qurum olan Qarabağ Dirçəliş Fondunun və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu olan “YAŞAT” Fondunun hesabına köçürüləcək.

Xatırladaq ki, iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” - “Dinamo” oyunu saat 21:00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30