25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Xayme Romero: “Hər kəs böyük həvəslə çalışır”

"Qarabağ"ın futbolçusu Xayme Romero klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Avstriya toplanışından danışıb və azarkeşlərlə verilən qərara sevindiyini deyib:

"Hazırlığımız tam istədiyimiz kimi gedir. Bütün futbolçular motivasiyalıdır və hər kəs böyük həvəslə çalışır. Hamı tez bir zamanda pik formaya çatmaq istəyir. Çox həvəsliyik və rəsmi oyunların başlamasını səbirsizliklə gözləyirik. Sevindirici haldır ki, avrokubok oyunlarımıza azarkeşlər də gələcək.

Ötən mövsüm onların yoxluğunu hiss etdik. Futbolu azarkeşlər üçün oynayırıq. 50 faizə qədər azarkeşin tribunalara buraxılması müsbət haldır. Bu, bizi daha da həvəsləndirəcək. Bu xəbərə çox sevindim. İnanıram ki, qələbələrimizlə azarleşlərimizi sevindirəcəyik. Onların dəstəyinə ehtiyacımız var".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30