29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Bakcell Arena”da mətbuat konfransı və açıq məşq olacaq

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” - “Dinamo” (Tbilisi) oyunu öncəsi komandanın baş məşqçisi Samir Abasov və kapitan Emin Mahmudovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq.

Futbolxeber.az-ın “Neftçi”nin saytına istinadən verdiyi məlumatıa görə, tədbir iyulun 13-ü saat 20:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək.

Konfransdan sonra, saat 21:00-da isə “ağ-qaralar”ın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 19:30-da rəqib komandanın mətbuat konfransı, 20:00-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Qeydiyyatdan keçmiş jurnalistlərə iyulun 13-ü saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək.

Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.

Qeyd edək ki, hər iki komandanın mətbuat konfransı və açıq məşqi “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31