19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Sxadadze: “Neftçi”ni yaxşı tanıyıram”

“Əziz dostlar, hörmətli müxbirlər, xüsusən də Azərbaycandan gələnlər, hamınızı salamlayıram. Sizi burada görmək xoşdur. Özüm Azərbaycanda 8 il çalışmışam və gözəl xatirələrim qalıb. O dövrlər mənim üçün əzizdir, orda yaxşı vaxtlar keçirdik".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Dinamo"nun (Tbilisi) baş məşqçisi Kaxaber Sxadadze Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində sabah "Neftçi" ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, sabah yüksək səviyyəli oyun olacağını qeyd edib: "Hər bir oyun komanda üçün vacibdir. Biz də sabah qalib gəlmək üçün meydana çıxacağıq. “Neftçi”ni gözəl tanıyıram. Oturuşmuş komandadır, yüksək səviyyəli oyunçuları var. Ona görə sabah yüksək səviyyəli oyun olacaq. Öz komandamın uğuru üçün əlimizdən gələni edib, “Neftçi”nin qarşısını alıb, zəif cəhətlərindən istifadə edib, qələbə üçün oynayacağıq".

Gürcüstanlı mütəxəssis ölkəmizdə "İnter"də (İndiki "Keşlə") çalışdığı dövrlə indiki futbolumuzu müqayisə edib: "Azərbaycanda çalışdığım dövrdəki çempionatın səviyyəsi yüksək idi. Həmin dönəmdə 5-6 yüksək büdcəli, yüksək səviyyəli klub var idi. Hansı ki, çempionluq uğrunda mübarizə aparırdı. “Neftçi” də hər zaman çempionluq üçün yarışıb. Samir Abasov baş məşqçi təyin olunandan sonra "Neftçi" uzun illərin ardından çempion olub. “Qarabağ”ın hegemonluq dövrü bitdi. Keçmişlə indiki liqanı müqayisə edə bilmərəm. Çünki liqa ilə yaxından tanış olmaq lazımdır. Mən isə orda iştirak etmirəm. Sadəcə, indiki rəqibimiz “Neftçi”di deyə, onları araşdırmışıq".

Sxadadze “Neftçi”ni yaxşı tanımağınız sizin üçün üstünlük yaradırmı?" sualını belə cavablandırıb: "Azərbaycanda işləməyimin üstündən 6 il keçib. Geridə qalan illərdə “Neftçi”də məşqçilər, rəhbərlik, futbolçular, oyun tərzi dəyişib. Orada işləməyim heç nəyi dəyişmir. Onlar güclənib. Yəni bizim üçün üstünlük deyil. Komandamız çox ağır dönəm yaşayır. Dörd gündən bir oyun keçiririk, bir dəfə məşq etmək vaxtımız var idi. Eyni anda daxili liqada, ÇL-də oynamaq çox ağırdır. Hazırlıq üçün vaxtımız çox azdır. Amma əlimizdən gələni etdik. Biz xahiş etdik ki, bir oyunumuz təxirə salınsın, ÇL-ə yaxşı hazırlaşaq. Təəssüf ki, təxirə salınmadı. Hazırlıq üçün vaxtımız az oldu. “Neftçi”ni yaxşı araşdırmışıq. Əslində onların oyunu bizim oyuna çox bənzəyir. Üç müdafiəçi ilə oynayırlar, fərdi keyfiyyətləri yüksək olan futbolçular var. Sabahkı oyun çətin olacaq".

Sxadadze “Neftçi”də ona "İnter"dən tanış olan üç nəfər - Samir Abasov, Voyislav Stankoviç və Sezar Meza Kolli haqda fikirlərini bildirib: "Onları çox yaxşı tanıyıram. Samir Abasovun “Neftçi”nin çempion olmasında böyük payı var. Onun gəlişi “Neftçi”nin çempionluq xüsusi rol oynadı. Samir Abasov komandaya gəlməmiş “Neftçi”nin şansı yox idi. Amma sonradan başqa cür oldu. Nəticəni də gördük. Voyislav Stankoviç də aparıcı futbolçu, gözəl oyunçudur. Bizim dönəmimizdə “İnter”ə qoşulmuşdu. Elə liderliyi nəticəsində də “Neftçi”yə keçdi. Hər üçü uğurlu insanlardır. Onların təcrübəsi sabahkı oyunda təsirini göstərəcək. Bir vaxt eyni komanda olmuşuq, sabah rəqib olacağıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30