28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Bakının namizədliyi təsdiqləndi

UEFA İcraiyyə Komitəsinin Xorvatiyanın Dubrovnik şəhərində təşkil olunmuş iclasında 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına ev sahibliyi etmək istəyən şəhərlərin namizədliyi təsdiq olunub. uefa.com saytının məlumatına görə, 13 şəhərdə keçiriləcək oyunlar üçün 32 milli assosiasiya ev sahibi olmaq istəyini bildirib. Namizədliyi təsdiq olunmuş şəhərlər arasında Bakı da var.

Ümumi siyahını diqqətinizə çatdırırıq:

İngiltərə (London), Azərbaycan (Bakı), Ermənistan (Yerevan), Belarus (Minsk), Belçika (Brüssel), Bolqarıstan (Sofiya), Makedoniya (Skopye), Macarıstan (Budapeşt), Almaniya (Münxen), Yunanıstan (Afina), Danimarka (Kopenhagen), İsrail (Yerusəlim), İrlandiya (Dublin), İspaniya (Madrid, Barselona, Bilbao, Valensiya), İtaliya (Roma, Milan), Qazaxıstan (Astana), Niderland (Amsterdam), Polşa (Varşava, Xojuv), Portuqaliya (Lissabon, Portu), Rusiya (Sankt-Peterburq), Rumıniya (Buxarest), Serbiya (Belqrad), Türkiyə (İstanbul), Ukrayna (Kiyev, Donetsk), Uels (Kardiff), Finlandiya (Helsinki), Fransa (Lion), Xorvatiya (Zaqreb), Çexiya (Praqa), İsveçrə (Bazel), İsveç (Solna), Şotlandiya (Qlazqo).

UEFA İcraiyyə Komitəsi şəhərlərin yekun siyahısını 2014-cü il sentyabrın 25-də təsdiqləyəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31