25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Elmar Baxşıyev “Qəbələ”nin hazırkı durumu haqda: “Hər şey pula bağlıdı”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyevin müsahisəbi

- Bu gün məşqlərə start veririk. İyulun 15-dək Qəbələdə olacağıq. Sonra Bakıya gəlirik yoxlama matçlarına. Bu, iyulun 16-da "Zirə"ylə, 21-də "Səbail"lədi. İlk görüş Zirədədi. "Səbail"lə matçın məkanını, başlanma saatını hələ danışacağıq. Hazırlıq prosesimiz bütünlüklə ölkə daxilində olacaq. Planda Qəbələyə dönmək yox, Bakıda qalmaqdı ki, yoxlama matçlarıyla bağlı rəqiblərlə danışıb oynayaq. Paytaxtdakı hazırlığımızı yəqin ki, yenə Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirəcəyik.

- İki transferə imza atmısınız - "Səbail"in təcrübəli cinah müdafiəçiləri Ürfan Abbasovla Məqsəd İsayevi cəlb etmisiniz. Ancaq bunun əvəzində 11 futbolçunuz gedib. Boşluqları necə aradan qaldırmaq fikrindəsiniz?

- Keçənilki heyətimizə nəzər yetirsək, futbolçuların 70-80 faizi gedib. Bu, sırf büdcəylə bağlıdı. İnanıram ki, qarşıdakı günlərdə bəzi problemlər aradan qalxacaq və komandanı yaxşı futbolçularla gücləndirə biləcəyik. Hər şey maddiyyatın üzərində dayanıb ki, bunda bizdə azalma var. Biz də büdcənin formalaşmasını gözləyirik. Bu, olandan sonra artıq biləcəyik ki, hansı yöndə transferlər edə bilirik.

- İşgürzarlığınıza sözümüz yox. Ancaq pul daha da azalandan sonra komandanı necə ayaq üstə saxlaya biləcəksiniz?

- Əlbəttə, hər şey pula bağlıdı. Əvvəl məsələn, 3-4-ə gətirirdik, indi büdcə imkan yaradacaqsa, bundan aza gətirəcəyik.

- Belə çıxır ki, transfer çox az - cəmi 1-2 futbolçu olacaq?

- Hələ ki durum onu göstərir və özünüz də görürsünüz ki, ən azı transfer edən klub bizik. Sadəcə, hər şey büdcəylə əlaqəli olduğuna görə bunun müəyyənləşməsi lazımdı. Bu, bilinəndən sonra tam əminliklə danışmaq olar ki, neçə legioner komandada görmək istəyərəm.

- Bilmək olar, büdcəniz çoxmu aşağı düşüb?

- Bunun üzərində rəhbərlik işləyir və yaxın günlərdə aydınlıq gəlməlidi.

- Yerli transfer bazarını əsasən nəzərdən keçirirsiniz, yoxsa sizcə, xaricdən də futbolçu gətirməyə imkanınız çatacaq?

- Tam bilək ki, nədən başlayaq. Bir məbləğ olmalıdı ki, buna uyğun transferlər edəsən. Həmin məbləğin müəyyənləşməsini gözləyirik və buna uyğun da transferlərimizi həyata keçirəcəyik. Fərqi yoxdu - yerliylə də güclənmək istəyirik, əcnəbiylə də.

- Qapıdan başlayaraq hər mövqeyə futbolçu gətirilməsini istəyərsiniz...

- Əlbəttə ki. Çünki komandamızdakıların yarıdan çoxu ayrılıb. Akademiyamızdan yeni futbolçular götürəcəyik sırf gələcək üçün. Amma komandanın həm yerli, həm də əcnəbi transferlərə ehtiyacı var.

- Yollarınızı ayırdıqlarınızı rəsmən açıqlamasınız. Bəs qalanlardan da gedənlər olacaq?

- Hələ ki klub kiminlə yollarını ayırıbsa, onu açıqlamışıq. Qalan futbolçularımızın taleyi də bağlıdı bizim büdcəyə. Onların məvaciblərini verə biləcəyiksə, əlbəttə. komandada qalacaqlar. Əks təqdirdə daha yaxşı variant axtaracaqlar. Tək Asif Məmmədovu deyə bilərəm ki, bizimlə yola davam edəcək. Təcrübəli futbolçudu və özüm istəyərdim ki, karyerasını "Qəbələ"də başa vursun.

- Keçən mövsümkü legionerlərinizdən Yurgen Qoxa, Stefan Vukçeviç və Rafael Utrixin adlarını açıqlamamasınız ki, yollar ayrıldı. Belə çıxır ki, onların məsələsində hələ son nöqtə qoyulmayıb?

- Hələ ki onların da taleyi sual altındadı. Yeni müqaviləylə maddi istəkləri əvvəlkindən artıqdı. Ödənişi edə biləcəyiksə, danışığa başlayacağıq. Bilməyəcəyiksə, onlarla da özlərinə klub tapmalı olacaqlar. Orası elədi ki, hələ də bizimlə danışıqları gözləyirlər. Ancaq biz də futbolçuları başa düşürük ki, daha yaxşı müqavilə şərtləri haqda düşünürlər. Əlbəttə, onlar sərbəstdirlər, taleləri öz əllərindədi, klubla müzakirə aparacaqlar. Tərəflərə nə uyğun olacaqsa, bununla bağlı qərar veriləcək (Sport.24).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30