29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Beqoviç: "Qarabağ"da inanılmaz 3 ay keçirdim"

"Qarabağ"ın sabiq qapıçısı Asmir Beqoviç Ağdam təmsilçisində çıxış etdiyi vaxtları xatırlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 34 yaşlı qolkiper "Daily Echo"ya müsahibəsində deyib:

"Qarabağ"da keçirdiyim dövrü heç vaxt unutmayacağam. Bu klubda çempionluq qazandım. Orada həqiqətən də hər şey yaxşı idi. Dürüst olsam, deyə bilərəm ki, həyatımın ən yaxşı təcrübələrindən biri idi. "Qarabağ"da inanılmaz 3 ay keçirdim. Mən risk etdim. Bu kluba keçəndə itirəcəyim heç bir şey olmadığını düşündüm. Özümə sual verdim ki, niyə gedib fərqli bir şey yaşamayım? Bu qədər vaxtdır İngiltərədə idim. Xaricdə futbol karyerası yaşaya bilməzsən?"

Bosniyalı oyunçu "Qarabağ"ın Avropa klubları səviyyəsində futbol oynadığını söyləyib:

"Qarabağ"da çıxış etmək maraqlı idi. Çünki onlar Avropa səviyyəsində futbol oynayırdı. Azərbaycan Premyer Liqası haqqında bacardığım qədər məlumat toplamağa çalışdım. Elə məni təəccübləndirən əsas şey də bu çempionatdakı oyun səviyyəsi idi. Çempionluq mübarizəsindəki əsas rəqibimiz "Neftçi" ilə gərgin matçlar keçirirdik. Komandadakı çıxışımı çempion olaraq başa vurdum və Azərbaycan kubokunun yarımfinalına da vəsiqə qazandıq.

Avropa Liqasında oynamaq heyrətamiz idi. Bakıda "Sevilya" və APOEL-ə qarşı tam dolu stadionda çıxış etdik. Təxminən 30 min nəfərlik azarkeş toplaşmışdı. Demək olar ki, boş yer yox idi".

Qeyd edək ki, müqavilə ilə "Bornmut"a məxsus olan Beqoviç 2019-2020 mövsümünün ilk yarısında "Qarabağ"da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31