20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Məmmədov: "Oyunu səbirsizliklə gözləyirəm"

“Ümid edirik ki, bu oyun Çexiya və Danimarka vətəndaşlarının ölkəmizə yaxından maraq göstərməsində, turist olaraq  gələcəkdə Bakıda keçiriləcək idman tədbirlərinə qatılmalarında  rol oynayacaq.  Skandinaviya təmsilçisi Danimarkanın və Orta Avropa ölkəsi hesab edilən Çexiyanın Azərbaycan paytaxtında oynamasına görə fəxr edirik. Əlbəttə ki, daha əvvəl  Türkiyə, İsveçrə və Uelsin oyunları Bakıda keçirilib".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avro-2020-nin 1/4 final mərhələsinin Bakıda keçiriləcək Çexiya - Danimarka oyunundan əvvəl "Einnews" nəşrinə açıqlamasında deyib.

“Oyunu  səbirsizliklə gözləyirəm. Bu iki komanda Azərbaycandakı azarkeşləri çoxu üçün yeni olmasına baxmayaraq, mümkün faciəni əzmkar çıxışa çevirən Danimarkaya ciddi dəstək veriləcək. Digər tərəfdən, azarkeşlər son oyunda Niderlandı məğlub edən Çexiyanı da yaddan çıxarmayıblar" - deyə o bildirib.

E.Məmmədov hər iki komandanın Avro-2020-də möhtəşəm anlar yaşadığını söyləyib: "Andreas Kristensenin Danimarkanın 4:1 hesablı qələbəsində Rusiyaya vurduğu qol və "Hampden Park"dakı Şikin qolu göz önünə gəldi. Sabah kimin yarımfinala çıxacağını birlikdə görəcəyik".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Çexiya - Danimarka görüşü saat 20:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30