24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

II “Neftçili Yay” Futbol Düşərgəsi başa çatdı

“Neftçi” PFK, “ASAN Könüllüləri” Təşkilatı, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III “Neftçili Yay” Futbol Düşərgəsinə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan səhər proqramından sonra 4-cü qrupun mükafatlandırma mərasimi təşkil olunub.

Uşaqlara sertifikat və hədiyyələri “ASAN Könüllüləri” Təşkilatının sədri Emiliya Bayramova, “YAŞAT” Fondunun direktor müavini Rəbiyyə Cəfərova, “YAŞAT” Fondunun əməkdaşı, Qarabağ qazisi Nəbi Şükürov, “Neftçi” PFK-nın Müşahidə Şurasının üzvü Səməd Qurbanov və “Neftçi-2”nin baş məşqçisi Mahmud Qurbanov təqdim ediblər.

Qeyd edək ki, III “Neftçili Yay” Futbol Düşərgəsinə iyunun 14-də start verilmişdi. Pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil idi.

Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilib, peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30