26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

“Legiya”nın baş məşqçisi: “Mahir ikinci hücumçu mövqeyində daha rahatdır”

“Mahir Emreli ikinci hücumçu mövqeyində daha rahatdır, daim boşluq axtarır, açıq sahəyə çıxır. Mahir bu gün (dünən-red) kənara qaçaraq, topla çox təmin olunmadığı üçün geri çəkilib-çəkilməyəcəyini soruşdu".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Rusiya "Krasnodar"ı ilə yoxlama oyunundan (1:1) sonra millimizin üzvü Mahir Emreli haqda klubun saytına danışarkən deyib.

O, Polşa təmsilçininin yeganə qolunu vuran 24 yaşlı hücumçunu tərifləyib: "Mahir futbol oynamağı sevir. Ancaq o, geri gəlsə, hücumda heç kim qalmayacaq. Buna görə də həll yolları tapmalıyıq ki, onu irəlidə daha bir oyunçu gözləsin. O zaman oynamaq daha rahat olacaq, daha çox qol vuracaq və bacarıqlı olduğu üçün oyun quracaq”.

Qeyd edək ki, M.Emreli bundan əvvəl Avstriyanın "Bişofshofen" klubunu 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atmışdı.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30