26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Romero: "Qarabağ" yeni mövsümə daha istəkli başlayıb"

"Qarabağ"ın futbolçusu Xayme Romero klubun saytına açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi hazırlıq prosesindən və yeni mövsümün hədəfləri barədə danışıb:

"Məşqlərimiz çox maraqlı keçir. Hazırlıq prosesində futbolçuları çox istəkli görürəm. Bəlkə də bu, ötən mövsüm çempionluğu son turda qaçırmağımızdan irəli gəlir. Bu da futbolçulara təsir edib və yeni mövsümə daha istəkli başlamışıq. Konfrans Liqası bizim üçün yeni və maraqlı turnirdir.

İlk dəfə keçiriləcək turnirdə yaxşı iştirak etmək istəyirik. Mənim istəklərim komandanın iddiaları ilə üst-üstə düşür. Konfrans Liqasının qrupuna düşmək üçün əlimizdən gələni edəcəyik. Futbolçular da çox həvəslidir. Mövsümün sonunda isə Premyer Liqada çempion olmaq istəyirik. Yeni mövsümün uğurlu alınması üçün hər kəs işinə ciddi yanaşır".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30