20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qarabağ”ın yeni transferi: “Komandanın gücünə güc qatacağam”

“Futbolçular, məşqçi heyəti, klubun digər əməkdaşları və ofis işçiləri ilk gündən mənə isti yanaşdılar. Böyük ailəyə gəldiyimi hiss edirəm. 1 həftədir ki, məşqlərə başladıq. İlk günlərdəki təəssüratlarıma görə deməliyəm ki, məşqlərimiz çox maraqlı və dinamikdir. Hazırlığa yeni başlamışıq, hər şeydən razıyam. Futbolçular məşqdə çox işgüzar və motivasiyalıdır”.

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın yeni transferi Kadi Yuri Borqes Malinovski klubun saytına açıqlamasında deyib.

Braziliyalı yarımmüdafiəçi komandaya uyğunlaşma prosesindən və yeni mövsümün hədəfləri barədə danışarkən bildirib ki, hazırda əsas fikrini məşqlərə yönəldib: “Bakı şəhərini gəzməyə fürsətim olmayıb. Ümid edirəm ki, burada olduğum müddətdə Bakını kəşf etməyə zamanım olacaq. Burada gördüklərim məni heyrətləndirib. Çoxmərtəbəli binalar, insanların xoş münasibəti diqqətimi çəkib. Hər şey ürəyimcədir və Bakını yaxından tanımağa vaxtım olacaq”.

O bildirib ki, “Qarabağ”a titullar qazanmaq üçün gəlib: “Güclü və keyfiyyətli futbolçulardan təşkil olunmuş komandaya gəldiyimi bilirəm. Mən də öz bacarığımla komandanın gücünə güc qatacağam. Ürəyi komandamızla döyünən, bizə nəfəs verən azarkeşləri qələbələrimizlə sevindirəcəyimizə inanıram. Yeni mövsümdə əlimdən gələni edəcəyəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30