19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Mahir Emreli: "2025-ci ildə özümü 5 böyük klubdan birində görürəm"

Polşa "Legiya"sında çıxış edən millimizin üzvü  Mahir Emreli klubun İnstaqram səhifəsində yayımda azarkeşlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, o, sevimli 5 klubun adını açıqlayıb:  “Gənc yaşlarımda ilk olaraq “Qalatasaray”ın oyunlarını izləmişəm. "Barselona"nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə "Mançester Siti", "Bavariya" və PSJ-dir. Çempionatlardan isə La Liqanı sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm".

Emreli "2025-ci ildə özünüzü harada görürsünüz" sualına isə belə cavab verib: "Əlbəttə, bu, beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır".

23 yaşlı hücumçu "Legiya"ya keçidindən də danışıb. O bildirib ki, təklifləri çox olduğu üçün qərar vermək çətin olub: "Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan "Qarabağ"da oynamışam. Kuboklar uğrunda mübarizə aparan komandada olmaq istəyirdim. Buna görə "Legiya"nı seçdim. Bu, tarixə sahib olan klubdur. Avrokuboklar uğrunda mübarizə apara bilmək mənim üçün də vacib idi".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30