18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

De Byazi: “Ümid edirəm ki, “Neftçi” növbəti mərhələyə yüksələcək”

Dünən “Neftçi”nin “Olimpiya” (Lyublyana) ilə yoldaşlıq oyununu (1:1) izləyən Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi “Neftçi TV”yə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis “Neftçi”nin Çempionlar Liqasındakı şansları barədə danışıb:

“Buraya yaxın bir ərazidə qalıram. Yaşayıdığım ev buradan 200 km kənarda yerləşir. Əlbəttə ki, yaxınlıqda keçirilən hər bir yoldaşlıq oyununu izləməkdən məmnun olaram. Həm də yerli futbolçuların fiziki və texniki hazırlığına baxmaq istəyirəm. Çempion olmuş komandanın düşərgəsinə gəlmək və onun matçını izləmək mənim üçün böyük bir hissdir.

Çempionlar Liqasına gəlincə, əlbəttə ki, indidən proqnoz vermək çətindir. Çünki rəqibin hansı heyətlə meydana çıxacağını bilmirik. Amma ümid edirəm ki, “Neftçi” böyük əzmkarlıq göstərərək növbəti mərhələyə yüksələcək”.

De Byazi milliyə “Neftçi”dən az futbolçu cəlb olunması ilə bağlı sualı isə belə cavablandırıb: “Bu, “Neftçi”nin özündən də asılıdır. Çünki komandanın oyunlarında nə qədər çox yerli futbolçu iştirak etsə, mənim üçün yığmaya futbolçuları çağırmaq asan olacaq”.

Qeyd edək ki, "Neftçi"nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Dinamo"dur (Tibilisi).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30