5 Iyul 2025, Şənbə
“Turan Tovuz”da 3 yeni təyinat
"Zirə" Türkiyəyə getdi
“Boavişta”nın müdafiəçisi “Kəpəz”də
“Qarabağ” Avstriyaya yollandı

Ölkə futbolu

De Byazi: “İngiltərə, İtaliya, Fransa və Belçika favoritimdir”

Millimizin baş məşqçisi Canni de Byazi Avro-2020-dəki favoritlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, italiyalı mütəxəssis turnirin qrup mərhələsinin ilk turunun oyunlarını belə dəyərləndirib: "İngiltərə, İtaliya, Fransa və Belçika dörd favoritim arasındadır. İngiltərənin Xorvatiyaya qarşı oyunu (1:0) olduqca darıxdırıcı idi. Ancaq İngiltərə qələbəyə layiq idi".

O, Rusiya ilə matçda (3:0) dubla imza atan Belçika yığmasının üzvü Lukakunun fiziki cəhətdən dayandırıla bilməyəcək dərəcədə fövqəladə bir oyunçu olduğunu söyləyib.

Byazi İtaliya millisinin Türkiyəyə 3:0 hesabı ilə qalib gəldiyi görüş haqda da danışıb: "İtaliya   məhdudiyyətlər qoymamalı və hesablamalar aparmamalıdır. İtaliya çox gözəl oynayır və topa sahib olur. Ancaq məqsəd tək bu deyil. Bu, baş məşqçinin istəyini çətinlik çəkmədən yerinə yetirən komandadır".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06
07 08 09 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31