25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Millimizin futbolçusu: "Xalqımızı qələbə ilə sevindirmək istəyirik"

"Sabah bizi çətin oyun gözləyir. Moldova yığması yaxşı komandadır. Biz də görüşə ciddi hazırlaşmışıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Azər Salahlı Moldova ilə yoldaşlıq oyunu öncəsi mətbuat konfransında deyib.
 
"Keşlə"də çıxış edən müdafiəçi bildirib ki, baş məşqçi Canni De Byazi bu rəqibə qarşı necə oynamalı olduqlarını onlara izah edib: "Yoldaşlıq matçı olsa da, bizim üçün önəmlidir. Çünki öz gücümüzü görürük. Sabah qalib gəlib, xalqımızı sevindirmək istəyirik".
 
Salahlı millidə uzun müddət qalmaq üçün əlindən gələni edəcəyini vurğulayıb: "Sonradan milliyə dəvət aldım. De Byazinin gəlişindən sonra yığmada debüt etdim. Əlimdən gələni etməyə hazıram ki, burada qalıcı olum".
 
Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30