23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Bordin: "Azərbaycan millisi yaxşı komandadır"

"Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı sabah vacib oyuna çıxacağıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bunu futbol üzrə Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.
 
2018 - 2020-ci illərdə "Neftçi"yə rəhbərlik etmiş 56 yaşlı mütəxəssis rəqib oyunçuları tanıdığını bildirib: "Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq".
 
İtaliyalı baş məşqçi Azərbaycanın zəif və güclü tərəfləri haqqında danışıb: "Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yəni, yaxşı komandadır. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik".
 
Qeyd edək ki, iyunun 6-da Kişineuda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30