28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

U-20 bərpa olundu – millilərin baş məşqçiləri yerlərini dəyişdi

20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yenidən bərpa olunub.
 
Futbolxeber.az saytının məlumatına görə, Rəşad Sadıqovun gedişindən sonra fəaliyyəti dayandırılan U-20-yə yeni baş məşqçi təyin edilib.
 
U-21 millisi üçün oyunçu hazırlamaqdan məsul olan bu komandaya Samir Əliyev baş məşqçi təyin olunub. Bu da aşağı yaş qrupu üzrə yığmaların baş məşqçi yerdəyişmələrinə səbəb olub. Yalnız U-21 və əsas yığmaların çalışdırıcıları postunda qalıb.
 
Digərləri - Aqil Nəbiyev U-16-dan U-17-yə, Miloş Velebit U-17-dən U-18-ə, Elxan Abdullayev isə U-18-dən U-19-a keçid edib. Adıçəkilən mütəxəssislər sərəncamlarında olan oyunçularla birlikdə bir yaş qrupu yuxarı milliyə yüksəlib.
 
U-21 yığmamıza Milan Obradoviç, əsas milliyə isə Canni de Byazi rəhbərlik edir (apasport.az).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31