28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

AVRO-2020 üçün Azərbaycana gələcək azarkeşlər karantinə alınacaqlar?

AVRO-2020-nin Bakıda keçiriləcək oyunları üçün Azərbaycana gələcək azarkeşlər karantinə alınmayacaqlar.

Futbolxeber.az saytının məlumatına görə, bu iddia ilə mətbuatı çıxış edib. Uels mətbuatı bununla bağlı AFFA-dan məlumat verildiyini bildirib.

Pandemiyaya baxmayaraq, komandalarını dəstəkləmək üçün Bakıya gələcək azarkeşlər karantin problemi ilə üzləşməyəcəklər. O da qeyd olunub ki, azarkeşlər vizaları Bakıya çatarkən hava limanında əldə edəcək. Yaxud da onlar vizanı onlayn şəkildə alacaqlar.

Paytaxtımıza gələn qonaqlar ölkəyə daxil olarkən sərhəddə bileti və koronavirus testinin mənfi nəticə göstərdiyini təsdiqləyən sənədi göstərməlidir. Stadiona giriş üçün isə əlavə testə ehtiyac olmayacaq.

Xatırladaq ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31