19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Mahmudov: “Əsas öz oyunumuzdur”

“Milli komanda üçün həmişə əlimdən gələnin maksimumunu etməyə çalışmışam. Hər oyun fərqli olur. Türkiyə millisi daha çox hücum futbolu oynayır. Belarus isə gənc komandadır. Təbii ki, daha istəkli olacaqlar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri millimizin üzvü Emin Mahmudov Belarusla sabah keçiriləcək yoldaşlıq oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

"Neftçi"nin kapitanı bildirib ki, sabah Türkiyə millisinə qarşı oynadıqları kimi çıxış etsələr, yaxşı nəticə qazanarlar: "Hamısı özünü göstərməyə çalışacaq. Əsas öz oyunumuzdur. Türkiyə ilə oyunda olduğu kimi topu özümüzdə saxlasaq, daha çox hücumlar təşkil etsək, yaxşı şanslarımız olacaq. Dediyim kimi, yenə də diqqətli olmalıyıq. Çünki həmin oyunda yaxşı oynaya-oynaya standart vəziyyətdən iki top buraxdıq. Sabah əlimizdən gələni edəcəyik ki, nəticə əldə edək. Əlbəttə, bunu yaxşı oyunla icra etmək istəyirik. Misal üçün, Türkiyə millisi ilə oyunda oynadığımız futbolu oynasaq, nəticə qazana bilərik. Komanda olaraq Belarus millisinin oyunlarını izləmişik. Baş məşqçi necə oynamaq lazım olduğunu izah edib. Mövsüm yeni başa çatıb və oyuna tam hazırıq. Son oyunda nümayiş etdirdiyimiz futbolu davam etdirə bilsək, nəticə qazanacağıq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30