28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Simurq" "Qarabağ"la matça hazırlaşır

Premyer Liqanın son iki turunda qələbə qazanmağı bacaran "Simurq", bir günlük istirahətdən sonra məşqləri bərpa edib. Futbolxeber.az-ın məlumatına görə, dünən komanda Bədən Tərbiyyəsi və İdman Akademiyyasının meydançasında "Qarabağ"la oyunun hazırlıqlarına start verib.  İki saata yaxın davam edən çalışmadan öncə baş məşqi Georgi Çixradze yetirmələrini ətrafına toplayaraq onlarla qısa söhbət aparıb. Bundan sonra futbolçular qısa məsafəli qaçış və isinmə hərəkətlərilə məşqə başlayıb. Hazırlığın davamında isə məşqçilər korpusu futbolçuları iki qrupa ayırıb. "Sumqayıt"la oyunun əsas vaxtlarında meydanda olmuş futbolçular hazırlığı ayaq tennisi oynamaqla davam etdirib. Digərləri isə fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki təmrinləri yerinə yetirib. Taktiki çalışmalardan sonra isə ikitərəfli oyunla hazırlıq tamamlanıb. 
Komanda bu gün isə iki məşqə çıxacaq. Səhər fitness zalda çalışmaları davam etdirən Zaqatala təmsilçisi, axşam saatları üçün planlaşdıran hazırlığı isə toplu təmrinlərdən ibarət olacaq.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31