20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ayxan Abbasov: "Hələ iş bitməyib, finalda da qələbə gözləyirəm"

"Bürünc medalı təmin etdik. Komandada olan hər kəsi təbrik edirəm. "Səbail"ə uğurlar arzulayıram. Çətin mövsüm keçdi, amma "Səbail" əla çıxış etdi. Aftandil Hacıyev yaxşı komanda qurub. Onlarla oynamaq heç də asan deyil. Bu oyun bizim üçün önəmli idi. Azarkeşlərimizi təbrik edirəm. İlk dəfə bürünc medal qazandıq. Hələ iş bitməyib, bu oyunda qələbə qazandıq. İnşallah, finalda da qələbə gözləyirəm. Kuboka hazırlaşırıq, vaxtımız azdır. Bir daha hər kəsi təbrik edirəm".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının sonuncu turunda səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
 
O, bu matçla parelel keçirilən "Zirə" - "Sabah" oyununa (1:2) da toxunub: "Zirə"yə gəldikdə onların məğlubiyyətini gözləyirdim. Söhbət onlardan getmir, bizim çempionatdan hər şey gözləyirəm. Son 3 turda, biz xal itirdik, "Zirə" önə keçdi, sonra əksinə oldu. Əgər bu gün biz qalib olmasaydıq, vəziyyət başqa cür olacaqdı. Əsas qalib olmaq idi, bunu da bacardıq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30